...

Qvatemalada koronavirusdan ilk ölüm halı qeydə alınıb

Dünya xəbərləri Materials 16 Mart 2020 10:39 (UTC +04:00)
Qvatemalada koronavirusdan ilk ölüm halı qeydə alınıb

Bakı. Trend:

Qvatemalada COVİD-19 koronavirusundan ilk ölüm halı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Uqo Monroy deyib.

Onun sözlərinə görə, dünyasını dəyişən xəstə 85 yaşlı kişi olub.

Nazir qeyd edib ki, o, martın 6-sı Qvatemalaya İspaniyadan gəlib.

Qeyd edək ki, Qvatemalada koronavirusa ilk yoluxma halı martın 13-ü qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti