Bakı. Trend:
Cənubi Koreyada COVİD-19 koronavirusuna daha 74 yoluxma halı qeydə alınıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 8236 nəfərə çatıb, onlardan 1137 nəfər sağalıb, 75 nəfər isə ölüb.