Bakı. Trend:
Kataloniya rəhbəri Kim Torra koronavirusa yoluxub.
Trend-in İspaniya KİV-lərinə istinadən verdiyi xəbərə görə, Kim Torranın analizinin nəticələri müsbət çıxıb.
Xatırladaq ki, Kataloniyada koronavirus infeksiyasına yoluxanların sayı 900-ü ötüb. Virusdan indiyədək 12 nəfər dünyasını dəyişib.