Bakı. Tamilla Məmmədova - Trend:
Gürcüstanda bu gün daha 3 nəfər koronavirusa yoluxub.
Trend-in məlumatına görə, ölkədə virusa yoluxanların sayı 73 nəfərə çatıb.
Onlardan 9 nəfəri sağalıb.
Hazırda 4 055 nəfər karantinə alınıb, 252 nəfər stasionar nəzarətdədir.
Qeyd edək ki, koronavirus epidemiyası ilə əlaqədar Gürcüstanda aprelin 21-dək fövqəladə rejim qüvvədədir.