...

Misirdə koronavirusa yoluxanların sayı 2 min nəfəri ötüb

Dünya xəbərləri Materials 13 Aprel 2020 03:35 (UTC +04:00)
Misirdə yeni növ koronavirusa daha 123 nəfər yoluxub
Misirdə koronavirusa yoluxanların sayı 2 min nəfəri ötüb

Bakı. Trend:

Misirdə yeni növ koronavirusa daha 123 nəfər yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ölkənin səhiyyə nazirliyinin rəsmi nümayəndəsi Xalid Muqahed deyib.

Onun sözlərinə görə, koronavirusa yoluxanların ümumi sayı 2 056 nəfərə çatıb. X.Muqahed bildirib ki, ötən sutka ərzində 13 nəfər ölüb, koronavirusdan ölənlərin ümumi sayı 159 nəfərə çatıb.

Rəsmi nümayəndə qeyd edib ki, 447 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti