Bakı. Trend:
BMT-nin İnkişaf Proqramı bir ay ərzində koronavirusla mübarizə üzrə 83 ölkəyə yardım edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Təşkilatdan bildiriblər.
Məlumatda deyilir: "Bir sıra aşağı və orta gəlirli ölkələrdə hökm sürən çətinliklər pandemiya dövründə daha da ağırlaşa bilər".
Bununla əlaqədar olaraq, bu ölkələrin təcili dəstəyinə yönəlmiş "sürətli cavab proqramı" başladılıb: "Bir ay ərzində bu proqram çərçivəsində 83 ölkəyə 23,3 milyon dollar məbləğində yardım edilib".