...

Moskvada sutkada koronavirusdan 38 nəfər ölüb

Dünya xəbərləri Materials 26 Aprel 2020 05:20 (UTC +04:00)
Moskvada sutkada koronavirusdan 38 nəfər ölüb

Bakı. Trend:

Moskvada sutka ərzində koronavirusa yoluxan daha 38 xəstə, ümumilikdə 404 yoluxan şəxs ölüb.

Trend-in məlumatına görə, bu barədə koronavirus infeksiyası ilə bağlı vəziyyətə nəzarət və monitorinq üzrə əməliyyat qərargahında məlumat verilib.

Bildirilib ki, Moskvada sətəlcəm diaqnozu qoyulan və koronavirus infeksiyası üçün edliən testləri müsbət çıxan 38 xəstə vəfat edib.

Pandemiyanın başlanmasından bəri dünyada 2,7 milyondan çox insan koronavirusa yoluxub, 190 mindən çox insan ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti