...

Çin məktəblərində tədrisə qismən start verilib

Dünya xəbərləri Materials 27 Aprel 2020 21:01 (UTC +04:00)
Çin məktəblərində tədrisə qismən start verilib

Bakı. Trend:

Yeni növ koronavirus - COVİD-19 infeksiyasının meydana gəldiyi Çinin paytaxtı Pekin və ölkənin ən böyük şəhəri olan Şanxayda orta məktəblərdə qismən tədrisə başlanılıb.

Trend-in məlumatına görə, Pekində liseylərin, Şanxayda orta məktəb və liseylərin sonuncu sinif şagirdləri yenidən təhsil almağa başlayıblar.

Hər iki şəhərdə şagirdlər maska taxaraq və sosial məsafə qaydalarına əməl edərək dərslərə qatılırlar.

Bununla yanaşı, bildirilir ki, məktəblərin girişində istiliyi ölçülən və şübhəli kimi qeydə alınan şagirdlər sağlamlıq yoxlaması üçün təcrid bölmələrinə alınacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti