Bakı. Trend:
İtaliyada yeni koronavirus qurbanlarının sayı 27 min nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Mülki Müdafiə Departamenti bildirib.
İtaliyada pandemiyanın başlanmasından bəri yoluxanların ümumi sayı sutka ərzində 1779 nəfər artmaqla 199 414 nəfərə çatıb. Sağalanların sayı isə 66 624 nəfərə yaxın çatıb.
Reanimasiya şöbələrində xəstələrin sayı azalmağa davam edir, onların sayı 16 martdan bəri ilk dəfə 2 mindən aşağı düşüb - 1 956 nəfər.