Bakı. Trend:
Türkiyədə 6.3 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Boğaziçi Universitetinin Kandilli rəsədxanasının internet səhifəsində bildirilib.
Məlumata əsasən zəlzələnin ocağı 6.65 km dərinlikdə olub.
Saat 15:51-də qeydə alınan ilk yer altı təkandan sonra daha dördü də qeydə alınıb.
Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.