...

Çində sutkada 3 koronavirusa yoluxma faktı aşkar edilib

Dünya xəbərləri Materials 14 May 2020 07:10 (UTC +04:00)

Bakı. Trend:

Çin hakimiyyəti son sutka ərzində 3 yeni koronavirusa yoluxma faktı aşkar edib.

Trend-in məlumatına görə, bu barədə Çinin Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Məlumata əsasən, ölüm halı qeydə alınmayıb, 6 nəfər tibb müəssisələrindən evə buraxılıb.

Hər 3 yeni yoluxma faktı ölkə daxilində (ikisi Çinin şimal-şərqindəki Lyaonin vilayətində, biri isə Tzilin vilayətində) qeyd edilib.

Çində təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 82929-a çatıb, 4 333 nəfər ölüb, 78 195 nəfər müalicə müəssisələrindən evə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti