...

Rusiyada koronavirusa yoluxanların sayı 250 min nəfəri keçdi

Dünya xəbərləri Materials 14 May 2020 11:53 (UTC +04:00)

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqdadır.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 9 974 nəfər koronavirusa yoluxub, 93 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 252 245 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 2 305 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 78 424 nəfər virusdan sağalıb, 196 410 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti