...

ABŞ-da işsizlərin sayı 36 milyona çatıb

Dünya xəbərləri Materials 14 May 2020 17:00 (UTC +04:00)
ABŞ-da işsizlərin sayı 36 milyona çatıb

Bakı. Trend:

Ötən həftə ABŞ-da daha 3 milyon nəfər işsizlik müavinəti almaq üçün müraciət edib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Əmək Nazirliyinin həftəlik hesabatında deyilir.

Son iki ay ərzində koronavirus pandemiyası ilə əlaqədar 36 milyon amerikalı işsizlik müavinəti üçün müraciət edib.

Bu göstərici, 1930-cu illərin Böyük Depressiyasından sonra qeydə alınan ən yüksək göstəricidir.

ABŞ-da bəzi ştatlar karantin rejimini yumşaltmağa başlayıb ki, bu da yaxın həftələrdə iş yerlərinin itirilməsi göstəricilərini azalda bilər.

Qeyd edək ki, bu günə qədər ABŞ-da 1,4 milyondan çox şəxs koronavirusa yoluxub, 85 mindən çox xəstə həyatını itirib.

Ölkənin bütün 50 ştatında karantin rejimi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti