...

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 11 min nəfəri keçib

Dünya xəbərləri Materials 17 May 2020 14:56 (UTC +04:00)
Cənubi Koreyada koronavirusa yoluxanların sayı 11 min nəfəri keçib

Bakı. Trend:

Cənubi Koreyada ötən sutka ərzində yeni növ koronavirusa daha 13 yoluxma halı qeydə alınıb.

Trend-in "Yonhap"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 11 050 nəfərə çatıb. Koroanvirusa yoluxanlardan 262 nəfəri dünyasını dəyişib, təxminən 10 min nəfəri isə sağalıb.

Bildirilir ki, ötən gün ərzində virusdan ölüm halı qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti