...

Tarixdə ilk dəfə videokonfrans vasitəsilə ölüm cəzası verilib

Dünya xəbərləri Materials 20 May 2020 13:01 (UTC +04:00)
Sinqapur Ali məhkəməsi tarixdə ilk dəfə “Zoom” platformasında videokonfrans vasitəsilə ölüm cəzası verib
Tarixdə ilk dəfə videokonfrans vasitəsilə ölüm cəzası verilib

Bakı. Trend:

Sinqapur Ali Məhkəməsi tarixdə ilk dəfə “Zoom” platformasında videokonfrans vasitəsilə ölüm cəzası verib.

Trend-in məlumatına görə, onlayn məhkəmə iclası zamanı 37 yaşlı Malayziya vətəndaşı narkotik qaçaqmalçılığına görə məhkum olunub.

Həmin şəxs 20 qram heroinin Malayziyadan Sinqapura keçirilməsində təqsirli bilinib.

Koronavirus pandemiyası ilə əlaqədar Sinqapurda bütün məhkəmə iclasları videokonfrans formatında keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti