...

Tayvanda koronavirus vaksininin insanlar üzərində sınaqları payızda başlaya bilər

Dünya xəbərləri Materials 23 May 2020 11:39 (UTC +04:00)
Tayvanda koronavirus vaksininin insanlar üzərində sınaqları payızda başlaya bilər

Bakı. Trend:

Tayvanda koronavirus vaksininin insanlar üzərində sınaqları payızda başlaya bilər.

Trend-in məlumatına görə, yerli həkimlər fevral ayından dörd tip preparatın hazırlanması üzərində işləyir.

Onlar arasında sintetik peptid vaksininin yaradılmasında daha çox irəliləyiş əldə edilib.

Qeyd olunur ki, aprel ayında mikrobioloqlar vaksinin siçanlar üzərində sınaqlarını keçirib və onların sözlərinə görə, bu sınaqlar ümidverici nəticələr verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti