...

Gürcüstanda virusa yoluxanların sayı 796 nəfərə çatıb

Dünya xəbərləri Materials 2 İyun 2020 12:23 (UTC +04:00)

Bakı. Trend:

Gürcüstanda son sutka ərzində koronavirusa 2 yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi xüsusi internet saytında bildirilib.

Bununla da Gürcüstanda virusa yoluxanların sayı 796 nəfərə çatıb.

Qeyd olunub ki, Gürcüstanda koronavirus səbəbi ilə 2508 nəfər karantində saxlanılır, 300 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Yoluxanlardan 634 nəfər sağalıb, 12 nəfər isə ölüb.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti