...

ABŞ-ın paytaxtında 300-dən artıq nümayişçi həbs edilib

Dünya xəbərləri Materials 3 İyun 2020 02:11 (UTC +04:00)
ABŞ-ın paytaxtında 300-dən artıq nümayişçi həbs edilib

Bakı. Trend:

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin ötən gecə ərzində polislərin qaradərili əhaliyə qarşı əsassız olaraq zorakılıq tətbiq etməsinə qarşı etiraz aksiyalarının 300-dən artıq iştirakçısı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə mətbuat konfransı zamanı şəhərin polis idarəsinin rəisi Piter Nyuşem deyib.

P.Nyuşem bildirib: "Prosesin sonunda bizdə 300-dən çox həbs oldu".

Onun sözlərinə görə, həbslər əsasən qanun pozuntularının 3 kateqoriyası üzrə həyata keçirilib: komendant saatına riayət edilməməsi (həbslərin əksəriyyəti), həmçinin soyğunçuluqlarda və nizamsızlıqlarda iştirak.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti