...

Parisdə polis tərəfindən zorakılığa qarşı etiraz aksiyası keçirilir

Dünya xəbərləri Materials 3 İyun 2020 00:35 (UTC +04:00)

Bakı. Trend:

Fransanın paytaxtı Parisdə 24 yaşlı Adama Traorenin 2016-cı ilin iyununda polislər tərəfindən saxlanılmasından sonra ölümü ilə əlaqədar nümayiş keçirilir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, paytaxt prefekturası tərəfindən kütləvi yığıncaqların qadağa olunmasına baxmayaraq nümayişdə təxminən 19 min nəfər iştirak edir.

Bildirilir ki, Paris məhkəməsi qarşısında keçirilən aksiyanın iştirakçıları əllərində "Zorakılığa yox", "İrqçiliyə qarşı", "Adama üçün ədalət" plakatları tutublar.

Parisin polis prefekturasından bildiriblər ki, aksiya bir neçə saat sakit keçsədə, daha sonra toqquşmalar və nizamsızlıqlar baş verib. Polislər aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər, lakin nümayişlər davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti