...

Türkiyə müxalifəti Aya-Sofiyanı məscid kimi istifadə etməyə çağırıb

Dünya xəbərləri Materials 9 İyun 2020 10:45 (UTC +04:00)
Türkiyə müxalifəti Aya-Sofiyanı məscid kimi istifadə etməyə çağırıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Millətçi Hərəkat Partiyasının lideri Dövlət Bahçeli İstanbuldakı Aya-Sofiya məbədini məscid kimi istifadə etməyi təklif edib.

Trend-in məlumatına görə, o bildirib ki, hazırda muzey kimi istifadə olunan Aya-Sofiya müsəlman mədəniyyətinin bir hissəsidir və ona görə də ilkin məqsədinə uyğun istifadə olunmalıdır.

Xatırladaq ki, ötən il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya-Sofiyanın məscid-muzey kimi istifadə oluna biləcəyini demişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti