...

Qırğızıstanda koronavirusa yoluxanların sayı 2 093 nəfərə çatdı

Dünya xəbərləri Materials 10 İyun 2020 09:37 (UTC +04:00)
Qırğızıstanda koronavirusa yoluxanların sayı 2 093 nəfərə çatdı

Bakı. Trend:

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 38 nəfər yoluxub.

Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib.

Onun sözlərinə görə, ölkədə infeksiyaya yoluxanların ümumi sayı 2 093 nəfərə çatıb.

Nazir müavini qeyd edib ki, ötən sutka ərzində 89 nəfər koronavirusdan sağalıb, sağalanların ümumi sayı 1 572 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti