...

Ermənistanda koronavirusa yoluxanların sayı 14 min nəfəri keçdi

Dünya xəbərləri Materials 10 İyun 2020 11:10 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 14 103 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 4280 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 10 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 227 nəfər koronavirusdan ölüb, 8 650 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti