...

Britaniya aviaşirkətləri karantin rejiminə görə hökuməti məhkəməyə verdi

Dünya xəbərləri Materials 12 İyun 2020 14:28 (UTC +04:00)
Britaniya aviaşirkətləri karantin rejiminə görə hökuməti məhkəməyə verdi

Bakı. Trend:

Böyük Britaniyanın “British Airways”, “EasyJet” və “Ryanair” aviaşirkətləri hökumətin iki həftəlik karantin qərarı ilə bağlı məhkəməyə müraciət edib.

Trend-in məlumatına görə, aviaşirkətlər hesab edir ki, ölkəyə gələn turistlərin karantinə alınması qərarı aviadaşımaların həcminin bərpa olunmasına, eləcə də turizm sektorunun inkişafına ciddi zərbə vuracaq.

Böyük Britaniya hökumətinin yeni qərarı iyunun 8-dən qüvvəyə minib.

Qərara əsasən, ölkəyə təyyarə, qatar və bərə ilə daxil olan turistlər sağlamlıq vəziyyəti, əlaqə məlumatları, eləcə də iki həftə karantində qalacaqları yerin ünvanı olan anketi doldurmalıdır.

Xəbər lenti

Xəbər lenti