...

Rusiyada 103 yaşlı koronavirus xəstəsi sağalıb

Dünya xəbərləri Materials 16 İyun 2020 14:30 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Sankt-Peterburq şəhərində 103 yaşlı koronavirus xəstəsi sağalıb.

Trend-in məlumatına görə, bu barədə qadının müalicə olunduğu xəstəxana bildirib.

Qeyd olunub ki, həmin qadın koronavirusun səbəb olduğu kəskin ikitərəfli poliseqment pnevmoniyadan müalicə olunub.

Xəstəxanadan onu da bildiriblər ki, iyunun 11-də evə buraxılan qadın özünü yaxşı hiss edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti