...

Braziliyada bir gündə 34 mindən artıq koronavirusa yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 17 İyun 2020 08:17 (UTC +04:00)
Braziliyada bir gündə 34 mindən artıq koronavirusa yoluxma halı qeydə alınıb

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 34 918 yoluxma halı qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin təqdim etdiyi rəsmi statistikada deyilir.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 923 189 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka ərzində koronavirusdan 1 282 nəfər vəfat edib. Koronavirusdan ölənlərin ümumi sayı 45 241 nəfər təşkil edir.

Qeyd edilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 441 729 nəfəri sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti