...

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 152 mindən çox artıb

Dünya xəbərləri Materials 23 İyun 2020 02:27 (UTC +04:00)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 152 mindən çox artıb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 152 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 22-si saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 152 323 nəfər yeni koronavirusa yoluxub, 4 025 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 8 860 331, ölənlərin isə 465 740 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 4 370 519 yoluxma və 221 771 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 543 778, ölənlərin sayı isə 193 366 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 914 518 yoluxma və 20 531 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti