...

Rusiyada meşə yanğınlarının sahəsi bir həftə ərzində 5 dəfə artıb

Dünya xəbərləri Materials 27 İyun 2020 16:32 (UTC +04:00)
Rusiyada meşə yanğınlarının sahəsi bir həftə ərzində 5 dəfə artıb

Bakı. Trend:

Rusiyanın müxtəlif bölgələrində meşə yanğınlarının sahəsi bir həftə ərzində 5 dəfə artıb.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın Meşələrin havadan mühafizəsi xidmətinin hesabatında deyilir.

Qeyd olunur ki, iyunun 20-dək 251 min hektar ərazidə meşə yanğını qeydə alınmışdısa, iyunun 27-dək bu göstərici 1,153 milyon hektara çatıb.

Hazırda Yakutiya Respublikası, Çukotka, Maqadan vilayəti, Kamçatka, Xabarovsk və Buryatiyada ümumilikdə 138 yerdə yanğın davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti