...

Braziliyada koronavirusa daha 44 571 nəfər yoluxub

Dünya xəbərləri Materials 9 İyul 2020 07:09 (UTC +04:00)
Braziliyada koronavirusa daha 44 571 nəfər yoluxub

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 44 571 nəfər yoluxub.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 1,7 milyon nəfəri ötüb.

Bildirilir ki, ötən surka ərzində koronavirusdan 1 223 nəfər ölüb, ölənlərin ümumi sayı təxminən 68 min təşkil edir.

Qeyd edilir ki, hazırkı dövrədək koronavirusdan 1 milyondan artıq insan sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti