...

Aya Sofya məscidinə imamlar təyin edilib

Dünya xəbərləri Materials 24 İyul 2020 04:12 (UTC +04:00)
Aya Sofya məscidinə imamlar təyin edilib

Bakı. Trend:

Türkiyə Diyanət İşləri başqanı Ali Erbaş daha əvvəl məscid statusu alan Aya Sofyaya üç imam təyin edib.

Trend-in "İntefaks"a istinadən verdiyi məlumata görə, məscidin imamları vəzifəsinə İstanbul Universitetinin İslam Hüquqları professoru Mehmet Boynukalın, digər İstanbul məscidlərinin imamları Ferruh Muştuer və Bünyamin Topçuoğlu təyin ediliblər.

Bildirilir ki, məscidə həmçinin müəzzinlər də təyin edilib.

Qeyd edək ki, iyulun 10-u Aya Sofyanın muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verilib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı qərarı təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti