...

İraqın şimalında 6 PKK terrorçusu məhv edilib

Dünya xəbərləri Materials 2 Avqust 2020 06:49 (UTC +04:00)
İraqın şimalında 6 PKK terrorçusu məhv edilib

Bakı. Trend:

İraqın şimalında Türkiyənin Hərbi Hava Qüvvələrinin və Milli Kəşfiyyat Təşkilatının birgə əməliyyatı keçirilib.

Trend-in "Anadolu"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, əməliyyat nəticəsində 6 PKK terrorçusu məhvedilib:

"Türkiyə HHQ və MİT-in İraqın şimalında Qara rayonunda birgə əməliyyatı zamanı 6 PKK terrorçusu zərərsizləşdirilib. Terrorçular Türkiyə HHQ-nin zərbəsi nəticəsində zərərsizləşdirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti