...

Parisdə açıq havada maska taxmaq məcburi oldu

Dünya xəbərləri Materials 10 Avqust 2020 17:12 (UTC +04:00)

Bakı. Trend:

Fransanın paytaxtı Paris şəhər rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar insanların çox olduğu açıq ərazilərdə maska taxmağı zəruri edib.

Trend-in məlumatına görə, bununla əlaqədar şəhər bələdiyyəsi müvafiq qərar qəbul edib.

Qərara əsasən, şəhərin mərkəzi hissələrində, turistlərin daha çox olduğu yerlərdə, sahilyanı bulvarda və açıq bazarlarda maska taxmaq məcburi olacaq. Qərar 11 yaşdan yuxarı bütün şəxslərə aid edilir.

Ümumilikdə, Parisin 100-ə yaxın küçəsində maska ilə gəzmək tələb olunacaq.

Bir müddət Parisdə qapalı məkanlarda maska taxmaq zərurəti tətbiq edilmşdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti