Bakı. Trend:
Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 50 644 nəfər yoluxub.
Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 275 520 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 060 nəfər ölüb, ölənlərin ümumi sayı 106 523 nəfər təşkil edir.
Qeyd edilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 2 384 302 nəfəri sağalıb.