...

İsrail raketdən müdafiə sistəmləri Qəzza zolağından atılan iki raketi ələ keçirib

Dünya xəbərləri Materials 16 Avqust 2020 08:25 (UTC +04:00)
İsrail raketdən müdafiə sistəmləri Qəzza zolağından atılan iki raketi ələ keçirib

Bakı. Trend:

İsrailin "Dəmir günbəz" raketdən müdafiə sistemi Sderot şəhəri yaxınlığında iki raketi ələ keçirib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, raketlər Həmas döyüşçüləri tərəfindən Qəzza zolağından buraxılıb.

Qeyd edilir ki, raket buraxılışı İsrail Hərbi Hava Qüvvələrinin Həmasın Qəzza zolağındakı hədəflərinə partlayıcı və yandırıcı maddələri olan hava silindrlərinin atılmasına cavab atəşi ilə əlaqədardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti