Bakı. Trend:
Son sutka ərzində İtaliyada koronavirusa yoluxma halların sayı 1071 nəfər təşkil edib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Yoluxanların əksəriyyəti (215) paytaxt Latsio bölgəsində aşkar edilib.
Bunun ardınca Lombardiyanın (185) və Venetonun (160) şimal bölgələri gəlir.
Pandemiya başlayandan bəri ölkədə yoluxanların sayı 258 136 nəfərə çatıb, onlardan 35 430 nəfər ölüb.