...

Ermənistanda koronavirusdan ölənlərin sayı 870 nəfəri keçib

Dünya xəbərləri Materials 29 Avqust 2020 11:47 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 43 626 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 175 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 3 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 872 nəfər koronavirusdan ölüb, 4 925 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət sentyabrın 11-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti