Bakı. Trend:
Kamçatkada 6,3 bal gücündə zəlzələ baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, saat 07:41-də qeydə alınan yeraltı təkanların episentri Esso qəsəbəsindən 14 kilometr qərbdə yerləşib.
Bildirilir ki, Kamçatkanın sakinləri zəlzələnin 3 bala qədər hiss ediblər.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.