...

Parisdə bomba həyəcanı - Eyfel qülləsi bağlandı

Dünya xəbərləri Materials 23 Sentyabr 2020 15:54 (UTC +04:00)
Parisdə bomba həyəcanı - Eyfel qülləsi bağlandı

Bakı. Trend:

Parisdə Eyfel qülləsinin əməkdaşları və ziyarətçiləri təxliyə edilib.

Trend-in məlumatına görə, buna partlayış təhdidi ilə bağlı anonim zəng səbəb olub.

Polis bildirib ki, qüllənin ətrafı əhatəyə alınıb. Mümkün partlayıcı qurğunun axtarışları aparılır.

Eyni zamanda, anonim zəngin mənbəyi ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Eyfel qülləsi 3 ay bağlı qalmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti