...

Rusiyada bir gündə 7 500-dən çox yoluxma qeydə alındı

Dünya xəbərləri Materials 26 Sentyabr 2020 14:41 (UTC +04:00)
Rusiyada bir gündə 7 500-dən çox yoluxma qeydə alındı

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 1,14 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 7 523 nəfər virusa yoluxub, 169 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 143 571 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 20 225 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 940 150 nəfər virusdan sağalıb, 183 196 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti