...

İraqda hava limanı ərazisi raket atəşinə tutulub

Dünya xəbərləri Materials 1 Oktyabr 2020 04:32 (UTC +04:00)
İraqda hava limanı ərazisi raket atəşinə tutulub

Bakı. Trend:

ABŞ hərbi bazasının yerləşdiyi İraq Kürdüstanının paytaxtı Erbil hava limanının ərazisi raket atəşinə tutulub.

Trend-in məlumatına görə, bu barədə Al Sumaria telekanalı bildirib.

Məlumata əsasən, bu zonaya ən az üç raket atılıb. Xəsarət alanlar barədə məlumat verilməyib.

Bildirilib ki, raketlərdən biri İran müxalifət partiyasının qərargahının yaxınlığında, ikincisi əkin sahəsinə düşərək quru otda yanğına səbəb oldu, üçüncü raketin düşmə yeri isə hələ müəyyən edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti