Bakı. Trend:
Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 60 yoluxma halı qeydə alınıb.
Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 108 296 nəfərə çatıb.
Məlumata əsasən, Qazaxıstanda yeni koronavirusa yoluxanlardan 103 367 nəfəri sağalıb, 1 725 nəfəri isə vəfat edib.