...

Almaniya və Niderlandda təhlükəli virus aşkar edilib

Dünya xəbərləri Materials 5 Noyabr 2020 16:39 (UTC +04:00)
Almaniya və Niderlandda təhlükəli virus aşkar edilib

Bakı. Trend:

Almaniyanın şimalındakı Şlezviq-Holşteyn torpağında təhlükəli quş qripi virusu aşkar edilib.

Trend-in məlumatına görə, bölgədə fermaların birində bir həftə ərzində 8 cücə bu virusa yoluxduqdan sonra tələf olub.

Mütəxəssislər həmin virusun H5N8 alt tipinə mənsub olduğunu bildirir.

Fermadakı digər xəstə quşlar məhv edilib. H5N8 virusu Almaniyanın Aşağı Saksoniya torpağında da aşkar edilib.

Bundan başqa, Niderland da eyni problemlə üzləşib. Bu ölkədə Səhiyyə Nazirliyi ümumilikdə 200 min toyuğun məhv edilməsini tapşırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti