...

Honkonqda yaşayış evində yanğın nəticəsində 7 nəfər ölüb

Dünya xəbərləri Materials 16 Noyabr 2020 05:54 (UTC +04:00)
Honkonqda yaşayış evində yanğın nəticəsində 7 nəfər ölüb

Bakı. Trend:

Honkonqda yaşayış evində yanğın baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 7 nəfər həlak olub, 17 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar xəstəxanalara, onlardan bir neçəsi isə reanimasiya şöbəsinə yerləşdirilib.

"Sinxua" agentliyinin məlumatına əsasən, yanğın təxminən iki saatdan sonra hadisə yerinə cəlb edilən yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti