...

Paşinyan faktiki olaraq vətəndaş toqquşmalarına çağırır - Ermənistanın Ombudsmanı

Dünya xəbərləri Materials 16 Noyabr 2020 02:49 (UTC +04:00)
Paşinyan faktiki olaraq vətəndaş toqquşmalarına çağırır - Ermənistanın Ombudsmanı

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyanın cəbhədə olan əsgərlərin çağırışı ilə əlaqədar sözləri ("Facebook"dakı paylaşımı - red.) hazırkı dövrdəki məsuliyyətli, həssas günlərdə son dərəcə təhlükəlidir. Faktiki olaraq vətəndaş toqquşmalarına çağırış edilir.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə özünün "Facebook" səhifəsində Ermənistanın Ombudsmanı Arman Tatoyan yazıb.

A.Tatoyan bildirib: "Bu paylaşım son günlərdə yayılan nifrət, zorakılıq və ölüm təhdidlərinin səsləndirildiyi və hərbi formada olan silahlı şəxslərin yer aldığı videoların fonunda xüsusilə pislənilməlidir.

Aydındır ki, cəbhədəki əsgərlər silahlıdırlar və bu paylaşım bu çağırışların və təhdidlərin həyata keçirilməsini nəzərdə tutur.

Hamını təmkinli olmağa çağırıram. Hüquq-mühafizə orqanları qanuna uyğun olaraq hərəkət etməlidirlər. Bu, hər hansı bir qarşıdurmanın və ya özbaşına cəzalandırma cəhdinin qarşısını almaq üçün zəruridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti