...

Berlində karantin əleyhinə nümayişlər zamanı ən az 365 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 19 Noyabr 2020 01:26 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın paytaxtı Berlinin mərkəzində karantin əleyhinə etiraz nümayişləri zamanı ən az 365 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə Berlin polisinin mətbuat xidməti "Twitter"də bildirib.

Bildirilib ki, ümumilikdə nümayişlərdə, ilkin hesablamalara görə, 10 mindən çox insan iştirak edib:

"Saat 19:30-a qədər ümumilikdə 365 nəfər həbs edilib".

Qeyd edilib ki, indiyə qədər əməliyyatda iştirak edən 10 polis əməkdaşı yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti