...

Polşada fermerlər traktorlarla yolu bağladı

Dünya xəbərləri Materials 5 Dekabr 2020 15:15 (UTC +04:00)
Polşada fermerlər traktorlarla yolu bağladı

Bakı. Orxan Nəbiyev - Trend:

Polşanın paytaxtı Varşavada fermerlər etiraz aksiyası keçirib.

Trend-in məlumatına görə, traktorlarla şəhərə daxil olan etirazçıları şəhərin əsas yollarını bağlayıb.

Bundan başqa, onlar yolların hərəkət hissələrinə meyvə-tərəvəz səpələyib. Nəticədə yollarda hərəkət iflic olub.

Fermerlər pandemiya dövründə kənd təsərrüfatı məhsullarının qiymətinin kəskin ucuzlaşması və hökumət tərəfindən lazımi məbləğdə subsidiyaların verilməməsinə etiraz edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti