...

Parisdə etiraz aksiyası zamanı 22 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 5 Dekabr 2020 22:48 (UTC +04:00)
Parisdə etiraz aksiyası zamanı 22 nəfər saxlanılıb

Bakı. Trend:

Fransanın paytaxtı Parisdə "Qlobal təhlükəsizlik haqqında" qanunun qəbul edilməsinə qarşı etiraz aksiyası zamanı 22 nəfər saxlanılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə özünün "Twitter" səhifəsində Fransanın daxili işlər naziri Jerald Darmanen yazıb.

Nazir bildirib: "Bəzən son dərəcə aqressiv insanlara qarşı həyata keçirməli olduqları fəaliyyətə görə hüquq-mühafizə orqanları əməkdaşlarına təşəkkür edirəm. Parisdə keçirilən nümayişlər zamanı 22 nəfər saxlanılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti