...

Yaponiyanın 13 prefekturasında quş qripi aşkarlanıb

Dünya xəbərləri Materials 24 Dekabr 2020 07:15 (UTC +04:00)
Yaponiyanın 13 prefekturasında quş qripi aşkarlanıb

Bakı. Trend:

Yaponiyanın Tiba prefekturasında quş qripi aşkarlanıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, quş qripinin mənbəyi prefekturanın İsumi şəhərində qeydə alınıb. Tiba cari il quş qripinin aşkarlandığı 13-cü prefektura olub.

Qeyd edək ki, quş qripi Yaponiyada noyabr ayından aşkarlanmağa başlayıb. Quş qripi ilə əlaqədar artıq 2,7 milyondan artıq toyuq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti