...

ABŞ-da Maykl Ceksona məxsus əmlak satılıb

Dünya xəbərləri Materials 25 Dekabr 2020 05:51 (UTC +04:00)
ABŞ-da Maykl Ceksona məxsus əmlak satılıb

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatında uzun illər amerikalı müğənni, bəstəkar, prodüser və rəqqas Maykl Ceksona məxsus malikanə milyarder Ron Berkliyə 22 milyon dollara satılıb.

Trend-in məlumatına görə, bu barədə The Wall Street Journal qəzeti bildirib.

Qeyd edilib ki, daşınmaz əmlak 2015-ci ildə müğənninin varisləri və "Colony Capital" şirkəti tərəfindən 100 milyon dollara satışa çıxarılıb.

O vaxtdan bəri onun dəyəri dəfələrlə aşağı düşürdü. Keçən il əmlakın dəyəri 31 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti