Bakı. Trend:
Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda - 55,9 min yoluxma halı qeydə alınıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2,5 milyon nəfərə yaxınlaşıb.
Bildirilir ki, ötən sutka koronavirusdan daha 964 nəfər ölüb, ölənlərin sayı 73,5 min nəfər təşkil edir.