...

Niderlandın paytaxtında etirazlar keçirilib

Dünya xəbərləri Materials 27 Yanvar 2021 07:05 (UTC +04:00)
Niderlandın paytaxtında etirazlar keçirilib

Bakı. Trend:

Niderlandın paytaxtı Amsterdamda yenidən qeyri-qanuni etirazlar keçirilib, lakin polis sürətlə vəziyyəti nəzarətə götürməyi bacarıb.

Trend-in məlumatına görə, bu barədə Niderlandın Televeziya və Radio yayım Korporasiyası bildirib.

Məlumata əsasən, axşam saatlarında şəhərin rayonlarından birində polisə daş və fişəng atmağa başlayan kifayət qədər böyük bir qrup insan toplanıb.

Lakin xüsusi təyinatlı dəstələr hüquq-mühafizə orqanlarının köməyinə gələrək kütləni tez bir zamanda dağıtdı. Bir neçə nəfər saxlanılıb.

Problemlər Rotterdamda da müşahidə edilib. Burada 33 nəfər vandalizm, polisin tələblərinə tabe olmamaq və ya şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti